M.Ben Sulayem: İki istehsalçı lazımdır

FİA-nın prezidenti Mohammed Ben Sulayem bildirib ki, Dünya Ralli Çempionatının daha iki istehsalçıya ehtiyacı var.

F-1.az xatırladır ki, 2019-cu ildə Citroen idmandan gedəndən sonra idmanda sadəcə üç istehsalçı qalıb: Toyota, Hyundai və M-Sport ilə tərəfdaşlıq edən Ford.

Keçən ildən başlayan və hibrid maşınları əsas götürən Rally1 reqlamenti də istehsalçıları idmana çəkə bilməyib. Buna görə də rallidə 2025-ci ildən dövrəyə girəcək yeni texniki reqlament üçün danışıqlar gedir.

Mohammed Ben Sulayem: “Bu sadəcə istehsalçılara bağlı deyil. Sürücülər üçün də problem yoxdur. Ancaq ralli keçirilən ölkələr, təqvimin tutumu və azarkeşləri cəlb etmək çox önəmlidir.

Seriyanı qorumaq üçün daha çox istehsalçıya ehtiyacımız var, ancaq yeni reqlament yaxşı işləsə, üç istehsalçı ilə davam edəcəyik.

Balans üçün ən azı bir ya da iki yeni istehsalçı gəlməlidir. Onda rəqabət daha da artacaq.

Rally1 reqlamentinə keçid düz idi. Keçən il hamı üçün sınaq mövsümü oldu. Düşünürdüm ki, ralli sürücüləri tez uyğunlaşarlar və elə də oldu. Sonradan etibarsızlıq problemləri olsa da, hər şey qaydasındadır.

Buna görə də reqlamentlə davam etməliyik. Buna görə bəzi dəyişikliklər olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*