FİA yarışların idarə edilməsini təkmilləşdirir

FIA Yarış İdarəedilməsinin İnkişafı Proqramının (Race Direction Development Programme - RDDP) birinci mərhələsini tamamlayıb. Proqramın məqsədi Formula1 yarışlarının və onların keçirilməsi ilə bağlı bütün proseslərin idarə edilməsini təkmilləşdirməkdir.

F-1.az xəbər verir ki, nəşr olunan press-relizdə proqramın şəxsən federasiyanın prezidenti Məhəmməd bin Sulayemin təşəbbüsü olduğu bildirilir. Proqramın məqsədi təkcə bütün iş proseslərini təkmilləşdirmək deyil, həm də sonda yarış direktorları rolunu və digər vəzifələri öz üzərinə götürəcək yeni mütəxəssislərin hazırlanması üçün zəmin yaratmaqdır.

Proqram çərçivəsində yarışların idarəedilməsinin və stüardların işinin səmərəliliyinin təhlili aparılır, onların bütün hərəkətləri üzərində tənqidi düşünməyə şərait yaradılır. Ardıcıl təkmilləşdirmələrə nail olmaq üçün prioritet diqqət tələb edən sahələri müəyyən etmək əsas məqsəddir. Proqrama cəlb edilmiş mütəxəssislər artıq son Qran Pridə işləmiş rəsmilərlə fəal ünsiyyət qurur, yarışlarda toplanmış hər cür məlumatları təhlil edir, müsbət cəhətləri vurğulayır, həmçinin təkmilləşdirilməsi lazım olan sahələrə, o cümlədən şərtlərə diqqəti cəlb edir.

Mohammed ben Sulayem: “Proqram yarışların idarəedilməsi işini təkmilləşdirməyi hədəfləyir və bu, daha ciddi və keyfiyyətli nəticələr əldə etmək üçün davam edən səylərin yalnız bir hissəsidir. RDDP həm də yeni istedadların müəyyən edilməsinə kömək edəcək, biz gələcəkdə yarış direktorları, stüardlar və digər rəsmi vəzifələrdə çalışa biləcək peşəkar kadrlar sıramızı genişləndirə biləcəyik”.

Eyni zamanda vurğulanır ki, RDDP geniş, beynəlxalq populyarlıq qazanan digər idman növlərində, xüsusən də futbol və reqbidə tətbiq edilən hakimlik təcrübəsindən istifadə edir. Artıq FİA mütəxəssisləri ilə bu idman növlərinin nümayəndələri arasında müzakirələr aparılır və növbəti belə görüş Dünya Kubokunun final mərhələsinin keçirildiyi günlərdə Əbu Dabidə keçiriləcək. FİA-nın yarışlarda VAR sistemini tətbiq edəcəyi də gündəmdədir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*