13 Dekabr 2018, Cümə axşamı - 03:26

FİA bir daha Mercedes maşınlarının legitimliyini təsdiq edib

FİA bir daha Mercedes maşınlarının legitimliyini təsdiq edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:02 - 26 Oktyabr, 2018

Meksika Qran Prisindən öncə Mercedes komandası stüardlara müraciət edərək arxa təkərin dizaynının qaydalara uyğunluğunu yoxlamağı xahiş edib.

F-1.az xatırladır ki, komandanın bu yeniliyi bir neçə yarış istifadə olunduqdan sonra qaydalara uyğunluğu komandalar tərəfində şübhə altına salınıb – Ostində təkər diskindəki deşikləri bağlayan komanda məhz arxa təkərlərin sürətlə yeyilməsi üzündən məğlub olmuşdu.

Meksika Qran Prisinin stüardları isə FİA-nın texniki xidtməinə müraciət ediblər – FİA növbəti dəfə bu elementin legitimliyini təsdiqləyib, stüardlar isə bu qərarı rəsmiləşdiriblər – amma sadəcə qarşıdakı Qran Pri çərçivəsində.

Digər komandalara isə bir daha bildiririlib ki, stüardların qərarından ancaq Beynəlxalq Apellyasiya Məhkəməsinə şikayət etmək olar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 219
Teqlər ,
Paylaş

logo