Bu hadisənin şərəfinə Circuit of the Americas-da Ləns və Fernando maşınları xüsusi Honda500 loqotipi ilə çıxış edəcək, Honda mühəndisləri isə xüsusi uniforma geyinəcəklər.
Cümə günü səhər komanda və Honda əməkdaşları xatirə şəkli çəkdirmək üçün pit-leynə toplaşacaq, onların arasında Ləns, Fernando, Lourens Stroll və Ədrian Nyui də olacaqlar.
Koyci Vatanabe, Honda Racing Corporation-un prezidenti: “Honda 1964-cü ildə Formula1-də ilk çıxışından bəri avtoidmanın zirvəsində saysız-hesabsız qələbələr və faciələr yaşayıb. Honda-nın bu mühüm həddə – 500 Qran Pri göstəricisinə çatmasına çox şadam.
Honda-nın inkişaf yolunun hər mərhələsində onu dəstəkləyən bütün dünyadakı azarkeşlərə, Honda-nın bütün tərəfdaşlarına və sürücülərinə, həmçinin Honda-nın yeni çağırışı qəbul etmək üçün birləşdiyi Aston Martin komandasına təşəkkürümü bildirmək istəyirəm.
Tariximiz və nailiyyətlərimizlə qürur duyaraq, Honda bütün dünyadakı azarkeşlərini sevindirmək məqsədilə Formula1-in çağırışını qəbul etməyə davam edir”.





