F.Alonso: Qələbə uğrunda mübarizəyə qayıtmaq gözəldir

Üç yarışdan sonra Aston Martin komandası Mühəndislər Kubokunda ikinci yeri tutur və uğurun davam etməsini gözləyir...

F-1.az xatırladır ki, ispan sürücü hər 3 yarışı podiumun üçüncü pilləsində başa vurub.

Fernando Alonso: “Bir neçə həftəlik fasilədən sonra yenidən mübarizəyə qayıtmaq xoşdur. Mən yaxşı istirahət etdim və indi həqiqətən də Bakıda çətin trasda yarışı səbirsizliklə gözləyirəm – bu, hər birimiz üçün sınaqdır. Bu tras hücum və mövqe uğrunda mübarizə aparmaq üçün uyğun olan yüksək sürətli düzlükləri sıx, yavaş şəhər döngələri ilə birləşdirərək, sürücülərə unikal problemlər təklif edir.

Sevinirəm ki, bu həftə sonu şənbə sprinti ilə mərhələni gözləyirik. Bu trasda çox maraqlı yarışlar görmüşük, indi daha da maraqlı olmalıdır, çünki qarşıda iki təsnifat və iki yarış var. Üç Qran Pridən sonra biz maşınımızı daha yaxşı başa düşürük. Avstraliyada başlanmış işi davam etdirmək və daha da irəliləyiş əldə etmək vacibdir”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*