Alonso: Mən Lyuis haqqında elə danışmalı deyildim

Belçika Qran Prisinin ilk dövrəsində Lyuis Həmiltonla toqquşduqdan sonra Fernando Alonso komanda ilə radiodanışığında qəzəbli sözlər söyləyərək, yeddiqat dünya çempionunun "yalnız öndə başlayanda qalib gələ biləcəyini" iddia etmiş və rəqibini axmaq adlandırmışdı.

F-1.az xəbər verir ki, bu gün Zandfortda baş tutan mətbuat konfransında Alpine komandasının sürücüsü Spada həyəcanlandığını etiraf edib və sözlərinə görə üzr istəiyib.

Fernando Alonso: “Mənim sözlərimdən böyük bir qalmaqal şişirdilər. Əvvəla, Lyuis çempiondur, zəmanəmizin əfsanəsidir. Britaniyalı sürücüyə elə sözlər deyiləndə, bu sözlərə görə mən üzr istəyirəm, mətbuat dərhal qoşulur.

Serxio Peres haqqında, Karlos Sayns haqqında, mənim haqqımda, hər hansı bir latın idmançı haqqında belə bir şey deyildikdə, hamısı zarafat kimi qəbul olunur, amma Lyuis haqqında bunu dedikdə, hər şey ciddi şəkildə dəyişir.

Mən bir daha üzr istəyirəm. O vaxt mən nə dediyimi düşünmürdüm. Mübarizənin qızğın çağındaydım, qanımda adrenalin var idi, ilk üçlükdə yer almaq üçün mübarizə aparırdım. Bütün bunlar deməli olmadığım sözləri deməyimə səbəb oldu. Yarışdan sonra isə dedim ki, məncə, baş verənlər yarış insidentidir”.

Həmiltondan şəxsən üzr istəyə bilibmi sualına ikiqat dünya çempionu belə cavab verib: “Hələ yox. Televiziyaya müsahibə verəndə onun yanına gedib üzr istəyəcəyəm. Onunla heç bir problemim yoxdur, Lyuisə böyük hörmətim var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*