17 Noyabr 2019, Bazar - 18:43

Macarıstan-2016: Sıralanma turu

Macarıstan-2016: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:12 - 23 İyul, 2016

Sıralanma turu Macarıstan Qran Prisinin həlledici sessiyasıdır, bu dar trasda hətta DRSin köməyi ilə belə ötmək çox çətindir. Bu trasda baş tutan 30 yarışdan 13-də pouldan start alan sürücü qalib gəlib. Maraqlıdır ki, son 10 ildə bu hal cəmi 3 dəfə baş verib və hər 3 halda qalib Lyuis Həmilton olub.

F-1.az xatırladır ki, bu həftəsonu Lyuis protokollara yalnız 1-ci məşqlərdə başçılıq edə bilib. İkinci sessiyada qəza etdiyi üçün onun komanda yoldaşı hamını qabaqlayıb. Amma bu gün səhər Niko yenə də komanda yoldaşından sürətli olub. Maks Ferstappen isə çempionatın liderinə cəmi 0.002 saniyə uduzub. Macar trası motorun gücünə elə də tələbkar olmadığı üçün Red Bull maşınları rəqabətədavamlı olublar.

Hunqarorinqdə yenilənmə işləri görülüb, kələ-kötür yerlər aradan qaldırılıb, yeni asfalt örtüyü döşənib, yeni porebriklər quraşdırılıb. Asfalt hamının xoşuna gəlib – mexaniki ilişmə yaxşılaşıb, trasda sürət artıb, porebriklər isə sürücülərin tənqid atəşinə tutulub. FİA isə 4-cü və 11-ci döngələrdə trasın hüdudlarından kənara çıxmağı qadağan edib – bu döngələrdə elektron cihazlar quraşdırılıb.

Sıralanma turunun başlanmasına yarım saat qalmış güclü yağış başlayıb, trasa çoxlu su yığılıb, FİA sessiyanın startını 2 dəfə təxirə salmalı olub. Nəhayət, 20 dəqiqə sonra rəsmi start elan olunub.

Birinci sessiyaya sürücülər ağır yağış təkərləri ilə çıxıblar, amma tezliklə güclənən yağış sessiyanı qırmızı bayraqlarla dayandırmağa məcbur edib. Bir neçə nəticə göstərən sürücülər arasında Serxio Peres hamıdan sürətli olub.

Yerli vaxtla saat 14:40-da sessiyaya restart verilib – amma tezliklə yenə də marşallar qırmızı bayraqları yelləməli olublar. Bu dəfə Markus Eriksson 10-cu döngədə trasdan çıxıb və baryerlərə çırpılıb. Protokollar isə Rikkardonun liderliyinə şahidlik ediblər. Markusun maşınının təxliyəsi və baryerlərin bərpası zaman tələb etdiyindən tras qurumağa başlayıb.

Növbəti restartda bəzi sürücülər trasa keçid təkərlərlə çıxıblar, amma yenə də qırımızı bayraqlar dalğalanmağa başlayıb – bu dəfə Felipe Massa qəzaya uğrayıb, onun həmyerlisi və adaşı Nasr isə protokollara başçılıq edib.

Massanın maşını təxliyə olunduqdan sonra artıq hamı trasa yaşıl (keçid) təkərlərlə çıxıb. Sürücülər bir neçə dövrə vurublar, sessiya dördüncü dəfə qırmızı bayraqlarla dayandırılıb – Haryanto 10-cu döngədə trasdan çıxıb. Sessiyanın sonuna az vaxt qaldığı üçün bitmiş elan olunub.

Protokollara Niko Rosberq başçılıq edib – 1:33.302, ondan başqa daha 10 sürücü 107% həddini keçə bilib. Palmer, Massa, Maqnussen, Eriksson, Verlyayn, Haryanto üçün mübarizə başa çatıb.

İkinci sessiyaya sürücülər keçid təkərlərlə başlayıblar, trasın bəzi yerlərində su qalsa da, ümumən, tras hələ sürüşkən olub. Trasın vəziyyəti hər dövrə yaxşılaşıb, trayektoriya sürətlə quruyub.

Bottas ilk olaraq sliklərə – qırmızı (SuperSoft) təkərlərə keçib, daha sonra yerdə qalan digər sürücülər də eyni addımı atıblar. Hər növbəti finişdə protokollarda lider dəyişib, yekunda Ferstappen protokollara başçılıq edib – 1:22.660, təkər dəyişməyə uğrusuz zaman seçən Qrojan, Kvyat, Peres, Rəykkönen, Qutyerres və Nasr mübarizədən kənar qalıblar.

Üçüncü sessiyaya hamı SuperSoft təkərlərlə başlayıb, amma trayektoriyadan kənarda tras həm nəm, həm də sürüşkən olub. İlk cəhdində Həmilton protokollara başçılıq edib – 1:20.108.

Son dəqiqələrdə sürücülər daha bir cəhdə əl atıblar – Alonso son sektorda səhvə yol verib, yerində fırlanıb və düz arxasında olan Həmiltona mane olub. Bir qədər arxada olan Rosberq fürsətdən istifadə edərək poul qazanıb – 1:19.965.

Niko Rosberq mövsümdə 4-cü, karyerasında isə 26-cı poulunu qazanıb. Həmilton yarışa 2-ci yerdən start verəcək – Mercedes növbəti dəfə ilk cərgəni tam zəbt edib.

İkinci cərgə isə tam Red Bull-un ixtiyarında olacaq – Rikkardo 0.2 saniyə Ferstappendən sürətli olub. McLaren komandası tam heyətlə 4-cü cərgədən start alacaq – Alonso Battondan azca öndə olacaq.

Sabah bizi maraqlı start və yarış gözləyir…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
16Niko RosberqMercedes AMG11:33.3021121:22.806101:19.9658
244Lyuis HəmiltonMercedes AMG21:34.21011101:24.836101:20.1087
33Daniel RikkardoRed Bull121:39.9681031:23.234101:20.2807
433Maks FerstappenRed Bull131:40.4241011:22.660101:20.5577
57Sebastyan FettelFerrari41:35.7181061:24.08291:20.8746
655Karlos SaynsToro Rosso61:36.1151091:24.734101:21.1318
714Fernando AlonsoMcLaren31:35.1651041:23.816101:21.2118
822Censon BattonMcLaren101:37.983871:24.456101:21.5977
927Niko HülkenberqForce İndia151:41.471851:23.901101:21.8236
1077Valtteri BottasWilliams161:42.7581081:24.506101:22.1826
118Roman QrojanHaas51:35.9069111:24.9419
1226Daniil KvyatToro Rosso71:36.71411121:25.30110
1311Serxio PeresForce İndia141:41.4116131:25.41610
147Kimi RəykkönenFerrari81:36.85311141:25.4359
1521Esteban QutyerresHaas111:38.9599151:26.1899
1611Felipe NasrSauber91:37.77211161:27.06310
1730Colion PalmerRenault171:43.9659
1819Felipe MassaWilliams181:43.9997
1920Kevin MaqnussenRenault191:44.5439
209Markus ErikssonSauber201:46.9845
2194Paskal VerlyaynManor211:47.3439
2288Rio HaryantoManor221:50.1899

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 487
Teqlər , , , , ,
Paylaş

logo