Sürücülər trasda skuter sürə bilməyəcəklər

FIA və Formula1 həftəsonu başlamazdan əvvəl trasdə gəzərkən bu cür vasitələrdən istifadəni qadağan edib.

F-1.az xatırladır ki, əvvəllər sürücülər tez-tez trasın ətrafında velosiped və ya skuter sürürdülər, indidən sonra isə bunlar qadağandır.

Rəsmi məlumatda bildirilir: “Komanda trekdə gəzir” yazılan seqmentlərə bu vasitələrlə girmək olmaz. Bu vasitələrə velosipedlər, elektrik velosipedləri, skuterlər, elektroskuterlər və s. aiddir. Heç bir istisnaya yol verilmir”.

Amma hələ də müxtəlif heyvanlar üzərində trasda gəzmək qadağan olunmayıb…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*