Haas ABŞ Qran Prisi üçün VF-26-nın rəng çalarını təqdim edib

Aralarında bir həftəlik fasilə olan və Atlantik okeanının o tayında ardıcıl keçiriləcək üç mərhələdən ibarət seriya bu həftəsonu ABŞ Qran Prisi ilə başlayır. Haas üçün bu, ev yarışıdır və Amerika komandası ona xüsusi qaydada hazırlaşıb - Oliver Börman və Esteban Okonun maşınlarının bir qədər qeyri-adi tərtibatda olacağı barədə artıq yazmışdıq.

Amma Toho yapon studiyasının iştirakı ilə hazırlanmış bu rəng çalarını indi daha detallı şəkildə görmək mümkündür – komikslərin, cizgi filmlərinin və bədii filmlərin məşhur personajı Qodzilla uik-endin bütün günlərində Haas-ı müşayiət edəcək.

Ayo Komatsu: “Təqvimdəki üç Amerika yarışından birincisinin keçiriləcəyi Circuit of America-ya (COTA) qayıtdığımıza şadıq, amma məhz bunu ən vacibi hesab edirik.

Düşünürəm ki, Sinqapurda bolidin sazlanmaları və komandanın işinin təşkili baxımından irəliyə doğru addım ata bilmişik, buna görə də bu tendensiyanı davam etdirmək və qarşımıza çıxacaq hər fürsətdən yararlanmaq istəyirik.

Həmçinin ABŞ Qran Prisi günlərində Qodzilla ilə əməkdaşlıqdan böyük həyəcan duyuruq – bu, cari ildə Yaponiyada keçirilmiş təqdimatın davamıdır. Əvvəlcə bu əməkdaşlığın bütün mövsüm ərzində davam edəcəyi nəzərdə tutulmuşdu. Əlbəttə, “Qodzilla: Minus Sıfır” filminin qarşıdan gələn premyerası münasibətilə bolidimiz xüsusi şəkildə tərtib olunub və azarkeşlər üçün xüsusi tədbirimiz olacaq”.