R.Qrojan istirahət istəyir

Haas komandasının sürücüsü Roman Qrojan Mucelloda yarışmaq üçün səbirsizlənir.

F-1.az xatırladır ki, fransalı sürücü bu il xal ala bilməyən nadir sürücülərdəndir və təqvimə yeni girən Mucelloda uğursuz son qoymaq istəyir.

Roman Qrojan: “Tras gözəldir. Yeri çox gözəldir. Enişlər və yoxuşlar var. Çox sürətli trasdır və yavaş döngə yoxdur. Məncə, orada yarışmaq gözəl olacaq.

Mucellodan sonra istirahət edəcəyik və Soçidəki yarışa hazırlaşacağıq. Rusiyadan əvvəl maşının potensialını görmək lazımdır. Ondan sonra isə Almaniyaya gedəcəyik və oraya gərək qış paltarlarımı aparım”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*