Ç.Uaytinq: “Daimi stüard yaxşı ideya deyil”

FİA-nın yarış direktoru Çarli Uaytinq bildirib ki, Formula1-də daimi stüardlar həll yolu deyil.

F-1.az xatırladır ki, son yarışlardakı qərarlardan sonra Haas komandasının rəhbəri Günter Ştayner yarışlarda daimi stüardların olmasını istəmişdi.

Çarli Uaytinq: “Daimi stüard məsələsi həmişə müzakirə olunur, amma bu həll yolu deyil. Eyni stüard eyni sürücüyə ardıcıl iki yarış eyni cəzanı versə, söz-söhbətlər artacaq və stüardın dəyişilməsini istəyəcəklər. Xırdalıqlara girmək istəmirəm. Amma bu mövzuda yeniliklər planlaşdırırıq. Yeni mövsümdə bir neçə dəyişiklik görə bilərik. Məqsədimiz sürücüləri pis vəziyyətdə qoymamaqdır. Ümid edirəm ki, müzakirələr tezliklə bitər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*