F.Alonso: “Azarkeşlər üçün məyusam…”

Sıralanma turunun formatı ilə bağlı yekun qərar bu gün keçiriləcək FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında verilməlidir.

F-1.az xatırladır ki, keçən həftə Strateji İşçi Qrup və Formula1 Komissiyası sonuncu olan sürücülərin növbə ilə mübarizədən kənarlaşdırılmasına əsaslanan yeni sıralanma turu formatını təsdiq etmişdilər.

Daha sonra çıxan başqa bir xəbərə görə isə, yeni qaydalar Avstraliyada keçiriləcək ilk yarışdan etibarən tətbiq oluna bilər. Bildirilir ki, sıralanma seansının ilk 2 sessiyasının yeni qaydalara uyğun, 3-cü sessiyanın isə əvvəlki kimi keçirilməsi nəzərdə tutulub.

Fernando Alonso: “Bu mövzuda düşüncələrim yoxdur. Sadəcə məyusam… Bir həftə ərzində sıralanma formatı ilə bağlı 3 fərqli qərar verirlər, heç biri də rəsmi qərar deyil. Mən başqa idman növündə yarışan biri olsaydım və kənardan Formula1-ə baxsaydım çox təəccüblənərdim. Çox dəyişikliklər olur və bu, düzgün deyil. Azarkeşlər üçün də hər şey qarışıq vəziyyətdədir.

İspaniyadakı bütün dostlarım yarışa baxdıqda mübarizə izləmək, daha böyük maşınlar, iri təkərlər görmək, mühərriklərin yüksək səsini eşitmək və yarışdan həzz almaq istəyirlər. Amma onlar bunların əvəzinə indiki qarışıq güc qurğularını və hazırda istifadə etdiyimiz təkərləri görürlər. Belə halda televizoru söndürmələri normal haldır.

Ç.Uaytinqin sürücülərlə yığıncağında mən yox idim. Amma həmkarlarımla eyni fikirdəyəm. Bütün sürücülər sıralanma turunun formatının dəyişdirilməsinə etiraz edir. Qaydalarda sadəlik olmalıdır. Bundan 10 il əvvəlki format daha yaxşı idi. Hər kəsin cəmi 1 dövrə vurmaq haqqı olurdu. Cəmi 1 səhvlə hətta 15-ci yerdən başlamağa məcbur ola bilərdiz. Bu, mübarizəni daha da həyəcanlı edirdi.

Edə biləcəyimiz bir şey yoxdur. Hansı qərarı versələr, ona əməl edəcəyik. Son 16 ildə də bunu etmişik…”

 

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*