T.Volff: “Tezliklə biz Lyuisin müqaviləsini müzakirə edəcəyik”

Bu ilin sonunda Lyuis Həmiltonun Mercedes AMG komandası ilə müqaviləsi başa çatacaq. Mercedes Motorsport-un başçısı Toto Volff bu gün bildirib […]

Bu ilin sonunda Lyuis Həmiltonun Mercedes AMG komandası ilə müqaviləsi başa çatacaq. Mercedes Motorsport-un başçısı Toto Volff bu gün bildirib ki, tərəflər yaxın zamanda yeni müqaviləni müzakirə edəcəklər və o əmindir ki, Lyuis komandada qalacaq…

Toto Volff: “Biz hələ müqavilənin uzadılmasını müzakirə etməmişik. Keçən mövsümün sonunda biz titul uğrunda mübarizədə Lyuisin diqqətini yayındırmaq istəmirdik, ona görə də bu mövzunu qaldırmadıq. İndi isə o, ezamiyyətdən qayıdıb və yaxın günlərdə biz bu məsələni müzakirə etmək üçün görüşəcəyik. Deyə bilərəm ki, hər iki tərəf müqavilənin uzadılmasını istəyir. Lyuis və Niko bizim komanda üçün ideal sürücü cütlüydür, onlar bizi daha cüglü edirlər, ona görə də nəyisə dəyişməyə lüzum yoxdur.

Komandada Lyuisə hər şey rahatdır, biz isə öz tərəfimizdən ona ən yaxşı maşın vermişik. Bu faktorlar sübut edir ki, bizim gələcəyimiz bir yerdə olacaq”.

F-1.az Toto Volffa xatırladıb ki, şayiələrə görə, Fernando Alonsonun McLaren komandası ilə müqaviləsində komandadan vaxtından əvvəl gedə biləcəyi barədə maddə var və hesab olunur ki, əgə Mercedes AMG Lyuisin müqaviləsini uzatmasa, ispaniyalı sürücü onu əvəz edə bilər…

Toto Volff: “Mən bu cür şayiələri şərh edə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, istənilən gözlənilməzliyə hazır olmaq lazımdır. Alternativ variantlar həmişə olmalıdır, amma bu variantlar məhz alternativdirlər, üstün məqsəd deyillər…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*