M.Brandl Ferstappeni tənqid edib

Məşhur Formula1 şərhçisi Martin Brandl sabiq həmkarı Yos Ferstappeni sözlərinə görə tənqid edib.

F-1.az xatırladır ki, Yos bu ilin Dünya Çempionu Lyuis Həmiltonun bu uğura güclü maşına görə yiyələndiyini demişdi.

Martin Brandl: “Lyuis bu il möhtəşəm idi. Get-gedə güclənir. Təcrübə, sürət, fiziki vəziyyət, cəsarət, texniki bilgi, səbir və siyasi cəhətdən çox yaxşıdır. Doğru adam Çempion oldu. Hamı deyir ki, bolidi güclüdür. Onda Bottas və Rosberqin də güclü maşını var idi. Lyuis hazırda məğlub edilməsi lazım olan adamdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*