Ferstappen yenə “İlin idmançısı” seçilə bilər

Nüfuzlu Laureus World Sports Awards hər il müxtəlif idman növlərində fərqlənmiş şəxslərə müxtəlif kateoqriyalar üzrə verilir.

F-1.az xatırladır ki, Maks Ferstappen keçən il İlin ən yaxşı idmançısı nominasiyasında qalib olan Mixael Şumaxer, Sebasatyan Fettel və Lyuis Həmiltondan sonra dördüncü Formula1 pilotu olmuşdu.

Maksın builki rəqibləri də xeyli çətindir – niderlandlı sürücü ilə yanaşı, futbol üzrə dünya çempionatında möhtəşəm çıxış etmiş Lionel Messi və Kilyan Mbappe, hündürlüyə tullanma üzrə atlet Armand Mondo Duplantis, keçən il 2 Qrand Slam qazanmış Rafael Nadal və NBA-da Golden State Warriors komandasının bir neçə illik fasilədən sonra yenidən çempion olmasında həlledici rol oynamış Stefen Körri də namizəddir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*