M.Həkkinen: Maks təkərləri yaxşı qorudu

Formula1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen bildirib ki, Maks Ferstappen təkərləri əla qoruyub.

F-1.az xatırladır ki, niderlandlı sürücü ikinci pit-stopa daha tez getsə də, yeni təkərli Həmiltona qarşı yaxşı müdafiə olunub və mövsümdə 8-ci qələbəsini əldə edib.

Mika Həkkinen: “Azarkeşlər Həmiltonla Maksın arasındakı mübarizəni ABŞ-da izlədilər. Hər ikisi də iki pit-stoplu strategiya seçdilər və yarış ərzində limitdə sürdülər. Ostik təkərlər üzün çətin trasdır. Hard təkərlər belə tez yeyilirlər. Buna görə də sürücünü hissiyyatı çox vacibdir.

Maks ikinci pit-stopdan sonra var qüvvəsi ilə sürsəydi, Lyuis yarışın sonlarında onu rahatlıqla keçərdi. Ancaq o, artıq böyüyüb və təkərlərə yaxşı nəzarət etdi. Arxanızdakı sürücü sizə çatanda, sürmək çətin olur. Lakin təkərləri qorumaq çox vacib idi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*