D.Rikkardo: “Ferstappen məni narahat etmir”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, komanda yoldaşı Ferstappenin sürəti onu narahat etmir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 19 yaşlı komanda yoldaşından təcrübəli olsa da, ona qarşı üstünlük qazana bilməyib.

Daniel Rikkardo: “Bir il əvvəl hamı Maksın etdiklərinə görə təəccüblənə bilərdi, amma o artıq özünü isbat edib və onun sürətindən hamımız xəbərdarıq. Sıralanma turunda və yarışda bəzən ondan geri qalıram və bu labüddür. Amma buna görə təəccüblənmirəm. Onun sürətindən xəbərdaram. Mən hələ də əvvəlki sürətimə sahibəm və özümə güvənirəm. Təbii ki, bütün sessiyalarda onu qabaqlaya bilmərəm. Amma bacardıqca öndə qalmaq istəyirəm.

Monakoda keçənilki kimi hamıdan əvvəl pitə girməyi düşünmürəm. Bacardığım qədər trasda qalaraq, təkərləri qorumağa çalışacam. Bu trası sevirəm və yaxşı nəticə gözləyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*