Ştiriya-2020: Sıralanma turu

Şpilberqdə bugünkü sərbəst yürüşlər güclü yağışa görə ləğv edilib. Yağıntı kəsilsə də, sıralanma turunun startına 15 dəqiqə qalmış yenidən başlayıb.

F-1.az bildirir ki, buna görə sessiyanın başlaması təxirə salınıb və Təhlükəsizlik Maşını vaxtaşırı təftiş üçün trasa göndərilib. Yağış daha da güclənib. Nəhayət, sessiyanın startı Bakı vaxtı ilə 17:46-a təyin olunub.

İlk Sessiyada hamı yağış təkərləri ilə trada çıxıb. Hər bir sürücü öndəki maşından çıxan su şırnağı səbəbindən yolu görə bilməməkdən şikayətlənib. Qrojan çınqıllığa çıxaraq boksa qayıdıb və mübarizədən çəkilib. Trasın vəziyyəti düzəldikcə, sürətlər də artıb və sürücülər hər dövrədə nəticələrini yaxşılaşdırıblar. Covinatsi sona saniyələr qalmış qəza edib və qırmızı bayraqlarla ilk sessiya başa çatıb. Həmilton ən sürətli olub – 1:18.188. Qrojanla yanaşı, Covinatsi, Larifi, Peres və Rəyykönen üçün mübarizə başa çatıb.

İkinci sessiyada da hamı yağış təkərləri ilə mübarizəyə qoşulub. Elbon və Kvyat 9-cu döngədə trasdan çıxdıqlarından, nəticələri ləğv edilib. Bu dəfə də dəqiqələr keçdikcə, yaxşı nəticələr bir-birinin ardınca gəlməyə başlayıb. Sona doğru isə yağış yenə güclənib və sürətlər aşağı düşüb. Nəticədə, Lekler öz göstəricisini yaxşılaşdıra bilməyərək 11-ci yerdə qalıb. Həmiltonun ən sürətli olduğu bu sessiyada Leklerlə yanaşı, Maqnussen, Stroll, Kvyat və Rassel ilk onluğa düşə bilməyiblər.

Son sessiyada poul uğrunda mübarizə Mercedes sürücüləri və Ferstappen arasında gedib. Həmilton trasın vəziyyəti nəzərə alındıqda, fantastik nəticəyə imza atıb – 1:19.273. İlk iki sektorda əla nəticələrlə gələn Ferstappen son döngələrdə yerində fırlanıb və nəticəsini yaxşılaşdıra bilməyib.

Beləliklə, Lyuis Həmilton bu mövsüm ilk, karyerasında isə 89-cu poulunu qazanıb. Maks Ferstappen ikinci, karyerasında ən yaxşı sıralanma turu nəticəsini əldə edən Karlos Sayns isə üçüncü olub. Yarışa ispan sürücünün yanından Valtteri Bottas başlayacaq.

Burada keçən həftəki yarışa əsasən də deyə bilərik ki, sabah Bakı vaxtı ilə 17:10-dan etibarən bizi olduqca maraqlı mübarizə gözləyir.

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:18.188 12 1 1:17.825 12 1:19.273 10
2 33 Maks Ferstappen Red Bull 2 1:18.297 13 2 1:17.938 11 1:20.489 10
3 55 Karlos Sayns McLaren 4 1:18.590 13 7 1:18.836 11 1:20.671 9
4 77 Valtteri Bottas Mercedes AMG 5 1:18.791 13 4 1:18.657 11 1:20.701 10
5 31 Esteban Okon Renault 7 1:19.687 12 6 1:18.764 11 1:20.922 10
6 4 Lando Norris McLaren 3 1:18.504 13 3 1:18.448 11 1:20.925 10
7 23 Aleksander Elbon Red Bull 14 1:20.882 12 8 1:19.014 11 1:21.011 8
8 10 Pyer Qasli AlphaTauri 10 1:20.192 12 5 1:18.744 12 1:21.028 9
9 3 Daniel Rikkardo Renault 6 1:19.662 13 9 1:19.229 10 1:21.192 9
10 5 Sebastyan Fettel Ferrari 11 1:20.243 13 10 1:19.545 12 1:21.651 8
11 16 Şarl Lekler Ferrari 13 1:20.871 12 11 1:19.628 12
12 63 Aleksander Elbon Williams 12 1:20.382 12 12 1:19.636 10
13 18 Ləns Stroll Racing Point 8 1:19.697 12 13 1:19.645 11
14 26 Daniil Kvyat AlphaTauri 9 1:19.824 12 14 1:19.717 12
15 20 Kevin Maqnussen Haas 15 1:21.140 11 15 1:20.211 11
16 7 Kimi Rəykkönen Alfa Romeo 16 1:21.372 12
17 11 Serxio Peres Racing Point 17 1:21.607 12
18 6 Nikolas Latifi Williams 18 1:21.759 12
19 99 Antonio Covinatsi Alfa Romeo 19 1:21.831 12
20 8 Roman Qrojan Haas 20 1
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*