M.Ferstappen: “Saynsla aramız yaxşıdır”

Toro Rosso komandasının sürücüsü Maks Ferstappen bildirib ki, onun komanda yoldaşı Karlos Saynsla heç bir problemi yoxdur.

F-1.az xatırladır ki, Maks Ferstappen Avstraliya yarışında pit-stopdakı gecikməyə görə komandasını təhqir etmişdi. Yarış bitdikdən sonra isə Ferstappen komanda yoldaşı Sayns barədə xoşagəlməz sözlər işlətmişdi.

Maks Ferstappen: “Düzünü desəm, o mövzu ilə bağlı heç bir şey hiss etmirəm. Mən həmişə gələcəyə köklənirəm”.

Karlos Sayns da mövzu ilə bağlı fikirlərini bildirib: “Hər pilot öz komanda yoldaşını keçmək istəyir. Ona görə də mən və Ferstappen bir-birimizə qarşı üstünlük qurmaq istəyirik. İkimiz də ən yaxşı nəticəni almaq üçün yarışırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*