Maks Ferstappen: “Düşünürəm ki, Robinin mənim məsləhətlərimə ehtiyacı yoxdur – onun artıq atasından əla məsləhətləri var. Monzadakı yarışdan əvvəl onlarla qısa söhbət etdim, onlar da ora gəlmişdilər.
Əminəm ki, Kimi bu barədə Robinlə çox danışır. Narahat olmağa əsas yoxdur. Onlar nəticələrə, onun öyrənməsinə və irəliləməsinə fokuslanıblar.
Mənim xoşuma gəlir ki, o, hansı maşının sükanı arxasında olmasından asılı olmayaraq, ən müxtəlif yarış növlərində iştirak edir. Kimi onu irəli sövq edir, o da öz işini görür – bütün bunlar bir az mənim uşaqlığımı xatırladır. Nəyin sükanı arxasında olmasından asılı olmayaraq, mümkün olan hər şeylə yarışmaq da onun inkişafı üçün çox vacibdir, maşını idarə etməyi öyrədir.
Onun Red Bull ailəsinin bir hissəsinə çevrilməsi möhtəşəmdir, ümid edirəm ki, o, ildən-ilə böyüməyə və irəliləməyə davam edəcək”.





