Niderland-2021: Üçüncü sərbəst yürüşlər

Bu gün səhər Rəykkönenin Covid-19 testinin müsbət çıxdığı və bu həftəsonu onu Robert Kubitsanın əvəzləyəcəyi məlum olub. Elə start verilən kimi trasa çıxan sürücü də o olub. Robert bir müddət əvvəl Macarıstanda sükan arxasına keçmişdi.

F-1.az bildirir ki, əksər sürücülər əvvəlcə orta təkərlərlə dövrə vursalar da, tədricən yumşaq dəstlərə keçiblər. Zandfortda dar trasda ötmələr dümək olar ki, mümkündüzdür və start mövqeyi həlledici rol oynayır. Buna görə də, hamı bu sessiyada məhz təsnifata hazırlaşıb.

Fettel 18-ci dəqiqədə yoldan çıxaraq DRS lövhəsini yıxıb, lakin hərəkətə davam edib. İki dəqiqə sonra isə Saynsın 3-cü döngənin çıxışındakı qəzası qırmızı bayraqlara səbəb olub. Maşın təxliyə edilib və sessiya 12 dəqiqədən sonra davam edib.

Norris 9-cu döngədə çınqıllığa çıxıb, Şumaxer isə son dəqiqələrdə 11-ci döngəni kəsib. Trasa sonradan çıxan Maks Ferstappen həftəsonunun hələ ki, ən sürətli dövrəsini vuraraq yerli azarleşləri coşdurub – 1:09.623.

Bizi Bakı vaxtı ilə 17:00-da gərgin sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:09.623 13
2 77 Valtteri Bottas Mercedes AMG 1:10.179 + 0:00.556 16
3 44 Lyuis Həmilton Mercedes AMG 1:10.417 + 0:00.794 21
4 11 Serxio Peres Red Bull 1:10.526 + 0:00.903 19
5 14 Fernando Alonso Alpine 1:10.670 + 0:01.047 16
6 4 Lando Norris McLaren 1:10.781 + 0:01.158 18
7 18 Ləns Stroll Aston Martin 1:10.842 + 0:01.219 18
8 5 Sebastyan Fettel Aston Martin 1:10.872 + 0:01.249 19
9 16 Şarl Lekler Ferrari 1:10.896 + 0:01.273 19
10 10 Pyer Qasli AlphaTauri 1:11.005 + 0:01.382 21
11 3 Daniel Rikkardo McLaren 1:11.013 + 0:01.390 18
12 6 Nikolas Latifi Williams 1:11.083 + 0:01.460 18
13 31 Esteban Okon Alpine 1:11.180 + 0:01.557 22
14 63 Corc Rassell Williams 1:11.274 + 0:01.651 20
15 99 Antonio Covinatsi Alfa Romeo 1:11.299 + 0:01.676 19
16 55 Karlos Sayns Ferrari 1:11.940 + 0:02.317 5
17 22 Yuki Tsunoda AlphaTauri 1:11.980 + 0:02.357 28
18 9 Nikita Mazepin Haas 1:12.136 + 0:02.513 22
19 88 Robert Kubitsa Alfa Romeo 1:12.162 + 0:02.539 27
20 47 Mik Şumaxer Haas 1:12.366 + 0:02.743 19
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*