Maks Ferstappen: “Yəqin ki, sessiyanı bir qədər daha yaxşı keçirmək olardı, baxmayaraq ki, digər tərəfdən liderlərdən elə də uzaqda deyilik, sadəcə maşının incə sazlamaları üzərində işləməyə davam etmək lazımdır. Amma qAlanlar da eyni sözü deyə bilər.
Təbii ki, hələlik təəssüratlar ən yaxşı deyil, amma başqalarına baxanda aydın olur ki, ilişmə çatışmazlığı səbəbindən hamı çətinlik yaşayır.
Start prosedurunun məşqi zamanı yaranan problemlərə gəlincə, hələlik yaxşılığa doğru heç bir dəyişiklik görmürəm. Bilirik ki, bu sahədə hər şeyimiz qaydasında deyil və iki uik-end arasındakı qısa fasilədə hansısa möcüzəvi həll tapmaq mümkün deyil.
Liam ilə Louson arasında baş vermiş və buna görə stüardların yanına çağırıldığımız insidentə gəlincə, deməzdim ki, bu, uğursuz təsadüflər nəticəsində baş verib. Məncə, bu, kiminsə elə də ağıllı davranmaması üzündən baş verib.
Sonda bu, mənim uik-endimə heç cür təsir etməyəcək, amma onun yerində olsaydım, bir az daha ağıllı davranardım. Komandada yer uğrunda mübarizə aparan sürücü üçün bu, ən ağıllı davranış deyil”.





