F-1.az xatırladır ki, Hart da komandadan ayrılmağa hazırlaşıb – ötən ilin noyabrında onun Williams-a keçəcəyi açıqlanıb. O, Aleks Elbonun yarış mühəndisi olmalı idi, lakin komanda onu qalmağa razı sala bilib.
İndi Hart gələcəkdə Ferstappen ayrılmaq qərarı versə belə, Red Bull-da yarış mühəndisi kimi çalışacaq. O, artıq bu mövsüm bəzi həftəsonlarında bu vəzifəni yerinə yetirəcək, 2027-ci ildə isə daimi əsasda bu vəzifəni tutacaq.





