M.Ferstappen razı qalıb

Kanadada üçüncü olaraq bu mövsüm ikinci dəfə podiuma yüksələn Maks Ferstappen nəticədən razıdır.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarış ərzində 3-cü yerini qoruya bilib və sonda Bottasın benzin problemi yaşamasından istifadə edərək rəqibinə yaxınlaşsa da, onu ötə bilməyib.

Maks Ferstappen: “Yaxşı yarış idi. Pitə bir az tez gəlməli idik, amma gördük ki, tempimiz yaxşıdır. Rəqabətədavamlı idik və yaxşı dövrələr vurduq. Xüsusən də Bottasla fərqi bağladıq, amma heyif ki, nəticə belə oldu. Lakin buradan xoşbəxt ayrılırıq. Ferrari və Mercedes-lə fərqi azaltmağa çalışırıq, ancaq hələ də çatışmaz yönlərimiz var. Bunları həll etməliyik. Bir Mercedes və bir Ferrari-ni geridə qoymağımız yaxşı oldu. Ümid edirəm ki, Fransada daha yaxşı nəticə qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*