Emiliya Romanya Qran Prisi: Sıralanma turu

Buradakı son 10 yarışın yalnız üçündə pouldan başlayan sürücünün qələbə qazanmasına baxmayaraq, ötmələr çox çətindir və yaxşı bir start mövqeyi olduqca önəmlidir.

F-1.az xatırladır ki, Liberty Media yeni təqvimi tərtib edərkən iştirakçıların Portuqaliyadan dərhal bura gəlmələrində yarana biləcək çətinlikləri nəzərə almışdı və İmoladakı həftəsonunun 2 günlük formatda olacağını açıqlamışdı. Bu gün baş tutan yeganə sərbəst yürüşlərdə Lyuis Həmilton protokollara başçılıq edib.

Pirelli buraya C2, C3 və C4 tərkiblərini gətirib. Sürücülər cümə günü işləmədiklərindən, hamıya ümumi 10 dəst (2 dəst Hard, 2 dəst Medium və 6 dəst Soft) təkər verilib.

İlk Sessiyada hamı Soft təkərlərlə mübarizəyə başlayıb. Yolun darlığı sürücülərin bir-birinə mane olmasıyla nəticələnib. Elbonla Bottasın ilk cəhddəki nəticələri ləğv edilib. Sonlara yaxın Maqnussen trasdan çıxıb və boksa qayıdaraq mübarizəni dayandırıb. Onunla birlikdə Covinatsi, Latifi, Rəykkönen və Qrojan üçün də sıralanma turu başa çatıb. Ən yaxşı nəticəni istə Bottas göstərib – 1:14.221.

İkinci sessiyada Mercedes, Ferrari və Red Bull sürücüləri sabah fərqli strategiya seçmək üçün Medium, digərləri isə Soft təkərlərlə ilk cəhdlərinə çıxıblar. Ferstappen motorun güc itirməsindən şikayətlənib və boksa qayıdıb. Problem tezliklə aradan qaldırılıb. Ferrari sürücüləri ilk onluğa düşə bilmək üçün ikincə cəhdlərini Soft təkərlərlə ediblər. Ferstappen əlindəki yeganə dövrə şansından istifadə edərək altıncı ola bilib. Bottas bu dəfə də 1:14.585-lik nəticə ilə hamını üstələyib, Stroll, Fettel, Rassell, Okon və Peres mübarizəni dayandırıblar.

Son sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Həmilton ilk cəhddə komanda yoldaşını üstələyib. Elbonun nəticəsi isə trasdan tam çıxdığı üçün ləğv edilib. İkinci cəhddə Həmilton nəticəsini yaxşılaşdırsa da, Bottasın poul qazanmasına mane ola bilməyib – finlandiyalı sürücü 1:13.609-luq nəticə ilə yarışa ilk sıradan başlamağa haqq qazanıb.

Beləliklə, Valtteri Bottas bu mövsüm dördüncü, karyerasında isə 15-ci poulunu əldə edib. Lyuis Həmilton ikinci olaraq komandasının növbəti dəfə ilk cərgədən başlamasına kömək edib. Maks Ferstappen üçüncü, Pyer Qasli isə böyük sürprizə imza ataraq dördüncü olub və bu iki sürücü sabahkı yarışa ikinci cərgədən başlayacaqlar. Üçüncü cərgə isə Daniel Rikkardo və Aleksander Elbonundur.

Yarış sabah Bakı vaxtı ilə 16:10-da start götürəcək…

 

 

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1 1:14.221 10 1 1:14.585 6 1:13.609 6
2 44 Lyuis Həmilton Mercedes AMG 2 1:14.229 10 2 1:14.643 6 1:13.706 6
3 33 Maks Ferstappen Red Bull 3 1:15.034 5 6 1:14.974 5 1:14.176 6
4 10 Pyer Qasli AlphaTauri 5 1:15.183 5 3 1:14.681 8 1:14.502 6
5 3 Daniel Rikkardo Renault 11 1:15.474 6 5 1:14.953 6 1:14.520 6
6 23 Aleksander Elbon Red Bull 8 1:15.402 8 4 1:14.745 7 1:14.572 6
7 16 Şarl Lekler Ferrari 4 1:15.123 5 7 1:15.017 9 1:14.616 6
8 26 Daniil Kvyat AlphaTauri 10 1:15.412 5 8 1:15.022 10 1:14.696 6
9 4 Lando Norris McLaren 6 1:15.274 5 10 1:15.051 6 1:14.814 6
10 55 Karlos Sayns McLaren 12 1:15.528 7 9 1:15.027 6 1:14.911 6
11 11 Serxio Peres Racing Point 9 1:15.407 10 11 1:15.061 6
12 31 Esteban Okon Renault 7 1:15.352 8 12 1:15.201 6
13 63 Corc Rassell Williams 14 1:15.760 10 13 1:15.323 8
14 5 Sebastyan Fettel Ferrari 13 1:15.571 10 14 1:15.385 10
15 18 Ləns Stroll Racing Point 15 1:15.822 10 15 1:15.494 6
16 8 Roman Qrojan Haas 16 1:15.918 10
17 20 Kevin Maqnussen Haas 17 1:15.939 11
18 7 Kimi Rəykkönen Alfa Romeo 18 1:15.953 10
19 6 Nikolas Latifi Williams 19 1:15.987 12
20 99 Antonio Covinatsi Alfa Romeo 20 1:16.208 8
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*