22 Avqust 2019, Cümə axşamı - 11:59

T.Volff: “Heç bir fərd Mercedes-dən üstün deyil”

T.Volff: “Heç bir fərd Mercedes-dən üstün deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

16:28 - 23 Dekabr, 2016

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Formula1 üzrə 2017-ci il mövsümündə də Mercedes-in komanda mənafeyi komandadakı bütün fərdlərdən öndə olacaq.

F-1.az xatırladır ki, Mercedes komandası 2014-cü ildən bəri idmanda hegemonluq edir və 3 dəfə mühəndislər və sürücülər çempionatının qalibi olub. Sürücülər çempionatını 2014-cü və 2015-ci illərdə Lyuis Həmilton, 2016-cı ildə isə Niko Rosberq qazanıb.

Toto Volff: “Komandamız tarix kitabında rekordlar qırdı. İstəklə və qərarla hədəflərimizin dalınca getdik. Hər döngədə gözləmədiyimiz mübarizə ilə qarşılaşdıq. Niko çempion oldu və səhnədən ayrıldı. Lyuis isə məğlubiyyəti sakit və hörmətli formada qəbul etməli və güclü olmalı idi. Uğurlarımızı qeyd etdik və səhvlərimizdən dərs çıxardıq. Bütün bu anlardan güclü formada çıxa bildik və daha da gücləndik. Olduğumuz yerə görə verdiyimiz hər qərar və danışıqlarımız yaxından izlənilir. Azarkeşlərimiz bu mövzuları müzakirə edirlər və mətbuatda gündəm biz oluruq. Amma artıq lazımi qədər danışmışıq və qərar vermək vaxtıdır. Uğurlarımızdan həzz alıb, növbəti mövsümə hazırlaşmalıyıq”

Volff əlavə edib ki, sürücü seçərkən, Mercedes-in dəyərləri ön planda olacaq: “Hər şey geridə qaldı və komandanın maraqları üçün işləməyə davam edəcəyik. Bu fəlsəfə bütün mövsümlərdən və komandanın istənilən üzvündən daha böyükdür. Mercedes qələbələrə sadəlöhv, məğlubiyyətə nəzakətli yanaşan komandadır. Mübarizəyə acıq və təzyiqə davamlıyıq. Həmişə inkişaf etmək istəyirik. Dəyərlərimizə görə 3 dəfə Dünya Çempionu olmuşuq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 248
Teqlər , , , ,
Paylaş

logo