C.Rassell: Maksla mübarizə mümkün idi

Mercedes komandasının sürücüsü Corc Rassell düşünür ki, startda Həmiltonla təmas yaşamasa, qələbə uğrunda mübarizə apara bilərmiş.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa ikinci yerdən başlasa da, startda komanda yoldaşı Lyuis Həmiltonla təmas yaşayıb. Bu təmasdan sonra Lyuis mübarizəni dayandırıb. Rassell isə yerində fırlandıqdan sonra pitə getməli olub və yarışa 14-cü yerdə qayıdıb. Lakin sonda yarışı 4-cü yerdə bitirib.

Corc Rassell düşünür ki, yarışın startında bu hadisə olmasaydı, yarış tempinin hesabına Maks Ferstappeni təzyiq altında saxlaya bilərdi: “Ferstappenlə mübarizə aparmamaq üçün səbəb görmürəm. McLaren-dən sürətli olmasaq da, tempimizin olduğuna inanırıq. Piastrinin Maksa bu qədər yaxın olduğunu görmək doğrudan da təəccüblü idi.

Komanda olaraq aldığımız nəticələrə görə məyusam. Bu il Sürücülər Çempionatı mənim üçün fəlakət oldu. Tək hədəfim var: Mühəndislər Kubokunda ikinci yeri tutmaq. Qətərdə böyük fürsəti əldən verdik. Lakin inanıram ki, bunu bacaracağıq. Hazıda əhvalım yüksəkdir, çünki bolid sürətli idi və doğrudan da əla yarış keçirdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*