C.Rassell həyəcanlıdır

Mercedes komandasının sürücüsü Corc Rassell bu il inkişaf etdiklərinə ümid edir.

F-1.az xatırladır ki, Alman təmsilçisi bu gün yeni bolidini təqdim edib. Komanda birillik fasilədən sonra yenidən qara rəngə qayıdıb.

Corc Rassell: “Komandanın keçənilki inkişafı təsiredici idi. 2022-ci il mövsümündə mövsümün sonuna doğru temp qazandıq və bu temp qış ərzində davam etdi. Yeni bolidimiz estetika cəhətdən gözəl görünür. Cəsur, aqressiv və şokedici.

Qış uzun keçdi. İndi siə W14-dən gözləntilərimiz var. Həyəcanlıyam. İndiyə kimi çox söz deyilsə də, bolidin gücünü görmək üçün trasa çıxmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*