L.Həmilton: “Var gücümlə yarışacam”

Son 4 yarışa Niko Rosberqdən 33 xal geridə girən Lyuis Həmilton bildirib ki, qalan yarışlarda var gücü ilə yarışacaq...

F-1.az bildirir ki, Həmilton bütün problemlərə baxmayaraq, özünə güvəndiyini deyib: “Keçən həftə uğurumuzdan sonra zavoddakıların nə qədər sevindiyini gördüm. Nikoya və mənə mükəmməl bolid verdikləri üçün onlara təşəkkür etmək istəyirəm. Bu, onlar üçün çox vacibdir.

Mövsümün bitməsinə artıq 4 yarış qalıb. Bu yarışlarda əlimdən gələni edəcəm. Bütün yarışları qazanmaq və daha sonra nələrin olacağına baxmaq istəyirəm. Şansımın olmasını istəyirəmsə, bütün yarışları qazanmalıyam”.

Lyuis Həmilton keçən il Amerika yarışında çempionluğu təmin etmişdi. Britaniyalı burada trasa çıxmaq üçün səbirsizləndiyini bildirib: “Yenidən burada olmaq gözəl hissdir. Amerika bu günlərdə mənim ikinci evimdir. Buranın insanlarını, mədəniyyətini və trasını çox sevirəm. Buradakı 4 yarışın 3-nü qazandım. Burada gözəl xatirələrim var. Keçənilki qələbəm karyeramın xülasələrindən biri idi. Amerikalı azarkeşlər də məni özlərindən biri kimi görürlər. Bu da mənə inam verir. Ümid edirəm ki, bu il də burada qazanaram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*