V.Bottas Alfa Romeo-ya gedir?

Artıq heç kimə sirr deyil ki, gələn il Mercedes komandasında Corc Rassell finlandiyalı Valtteri Bottası əvəz edəcək.

Ona görə də, bir çoxları güman edirlər ki, Mercedes və Williams sadəcə barter edəcəklər və Bottas 2013-cü ildə karyerasını başladığı komandaya qayıdacaq. Amma, deyəsən, vəziyyət o qədər də sadə deyil…

Əvvəla britaniyalılar bu həftə Roy Nissanini sərbəst yürüşlərdə Corcun əvəzinə trasa çıxarmaqla pullu sürücünün real şansını dəyərləndirəcəklər, deməli, komanda yeni sürücü axtarışındadır. Düzdür, bu çıxış əvvəlcədən sürücü qarşısında müqavilə şərti də ola bilər.

Lakin Braziliyanın Granprem nəşri yazır ki, Bottas özü də Alfa Romeo komandası ilə danışıqlar aparır. Ehtimal olunur ki, sürücü həmyerlisi Kimi Rəykköneni gələn il komandada əvəz edə bilər – bu ilin sonunda Kiminin 42 yaşı olacaq. Amma komandaya əsas namizəd Mik Şumaxeri də unutmamalıyıq – sadəcə Ferrari məktəbinin yetirməsi gələn ili də Haas-da təcrübə toplayacaq, ona görə də finlandiyalı sürücülərin əvəzləməsi real ola bilər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*