Red Bull başın mühafizəsi sistemini sabah test edəcək

Red Bull komandası 2017-ci il üçün planlaşdırılan sürücünün başının mühafizə sistemini Rusiya Qran Prisinin birinci sərbəst yürüşlərində test edəcək.

F-1.az xatırladır ki, FİA 2017-ci ildən etibarən başın mühafizə sistemini istifadəyə vermək istəyir və hazırda Mercedes AMG ilə Ferrari-nin halosu və Red Bull-un sistemi arasında bu sahədə ciddi rəqabət gedir.

Xatırladaq ki, Ferrari halo sistemini Barselonadakı qış testlərində test etmişdi və azarkeşlər bu sistemin görüntüsündən narazı qalmışdılar.

Red Bull komandası isə öz sistemini inkişaf etdirirdi və keçən həftə yeni sistemi çarpma testindən keçirmişdi.

Testlər növbəti aylarda da davam edəcək, amma Red Bull komandası sistemi Rusiyada trasa çıxararaq, həm sürücülərin real trasda, həm də azarkeşlərin kənardan baxdıqda fikirlərini öyrənmək istəyir.

Belə görünür ki, Red Bull-un sürücünün başının mühafizəsi sistemi fanların xoşuna gələcək. Bundan başqa, FİA-nın yarış direktoru Çarli Uaytinq də bildirib ki, sonuncu sistemi 2017-ci ildə istifadə edə bilərlər.

Əgər hər iki sistem də FİA tərəfindən razılıq alsa, komandalar iki sistemdən birini seçməli olacaqlar.

Çarli Uaytinq: “Mən şəxsən düşünürəm ki, Red Bull-un sistemi daha gözəl görünür, amma zövqlər müxtəlifdir.

Əgər hər iki sistem də testlərdən keçsə, komandaların halonu seçməsi məni təəccübləndirər”.

Qeyd edək ki, Red Bull komandası başın qorunması sistemini hansı sürücünün istifadə edəcəyinə hələ qərar verməyib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*