Corc Rassell: Hər şey çox uğurlu alındı

Corc Rassell mövsümdə üçüncü dəfə sprintə pouldan başlayacaq - o, bu gün sprintin sıralanma turunda ən yaxşı nəticəni göstərib, onun Mercedes-dən komanda yoldaşı Kimi Antonelli isə o qədər də uğurlu çıxış etməyib.

Corc Rassell: “Yay fasiləsindən sonra geri qayıtmağımız əladır və bu tras mənim həqiqətən xoşuma gəlir, çünki o, tam diqqət və qətiyyət tələb edir.

Əlbəttə, mövsümün ilk yarısının sonu asan keçmirdi və sessiyadan sonra qalib kimi müsahibə verməyimdən xeyli vaxt keçmişdi. Açığı, indi çox sevinirəm, əhvalım əladır, çünki hər şey çox uğurlu alındı.

Sprint üçün sıralanma turuda həmişə çətin tapşırıqları həll etməli olursan, çünki bizdə cəmi bir dəst yumşaq təkər olur, deməli yalnız bir cəhd etmək mümkündür. Eyni zamanda, trasın vəziyyəti daim yaxşılaşır, asfaltla ilişmə artır, amma yenə də deyirəm, hər şey uğurlu alındı.

Görünür, McLaren və Ferrari sürücüləri çox sürətlidir, amma məhz lazım olan anda yaxşı dövrə vurmaq alınanda bu, doğrudan da sevindirir. Bununla belə, bu hələlik sprint üçün yalnız sıralanma turudur, əsas xallar isə bazar günü uğrunda mübarizə aparılacaq, buna görə də məqsəd həftəsonunun qalan günlərində də bu səviyyədə qalmaqdır”.