N.Rosberq: Rasselli ancaq Həmilton məğlub edə bilər

2016-cı ilin dünya çempionu Niko Rosberq Mercedes pilotları Lyuis Həmilton və Corc Rasselin Formula 1-in cari mövsümündəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

F-1.az bildirir ki, alman sürücü karyerasının son illərində amansız rəqabətə girdiyi Lyuis barədə xoş sözlər deyib.

Niko Rosberq: “George Lyuis üçün ən böyük sınaqdır. O, gələcək dünya çempionudur. Lyuis irəlidə qalmaqda çətinlik çəkəcək. Corc keçən il möhtəşəm bir mövsüm keçirdi və indi başladığı işi davam etdirir. Ancaq unutmayaq ki, Lyuis yaxşıların ən yaxşısıdır, Corcu məğlub edə biləcək bir sürücü varsa, odur”.

Xatırladaq ki, Rassell keçən il Mercedes-dəki debüt mövsümündə yeddiqat dünya çempionunu xal hesabında gerdi qoyub. Bu il isə iki yarışdan sonra Həmiltonun hesabında 20, onun hesabında isə 18 xal var.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*