06 Dekabr 2019, Cümə - 16:55

T.Volff: “Bizim siyahıda cəmi 3 nəfər qalıb”

T.Volff: “Bizim siyahıda cəmi 3 nəfər qalıb”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:12 - 09 Dekabr, 2016

Son iki həftə Mercedes Motorsport-un başçısı Toto Volff üçün çox gərgin keçib.

Əbu Dabi Qran Prisindən sonra Toto yenicə çempion olmuş Niko Rosberqlə müxtəlif ölkələrə səfər edib. Düz bir həftə əvvəl Niko istefa verdikdən sonra isə Mercedes komandasının rəhbərliyi ilə birlikdə təcili sürücü axtarmalı olub.

Dünən axşam Volff, nəhayət, İsveçrədəki evinə çatıb və Blick qəzetinin müxbiri, avtoidman jurnalistikasının veteranı Roje Benua onunla söhbət edə bilib…

Toto Volff: “Doğrudan da, ofisdən çıxmağa ehtiyacım var idi. Beynimdəki fikirləri qaydaya salmaq üçün təmiz hava almaq lazım idi. Ona görə də 3 saat Ermatingenin ətrafında dolaşdım, sevindim ki, Bodenze gölü bizi əla hava ilə qarşılamışdı!”

Əlbəttə, Toto Volff Rosberqin istefasından sonra Mercedes AMG komandasının düşdüyü vəziyyəti də şərh edib…

Toto Volff: “Əgər Niko bizi əvvəlcədən xəbərdar etsə idi, bizim işimiz daha asan olardı. Amma indi biz cəsarətli qərar qəbul etməliyik və bizim siyahımızda cəmi 3 nəfər qalıb. Bu sürücülərdən biri Paskal Verlyayndır. Biz onun üçün əvvəlcədən elə plan qurmuşduq ki, Paskal hələ 1-2 mövsüm Sauber-də təcrübə toplamalıdır, çünki komandanın maliyyə problemi həll olunub və onu qarşıdakı mövsümlərdə inkişaf gözləyir. Paskal da bu inkişaf proqramının bir hissəsi olmalı idi”.

Maraqlıdır ki, digər iki nəfərin adı açıqlanmayıb: “Biz heç kimi əbəs yerə həyəcanlandırmaq istəmirik. 2018-ci il mövsümü üçün vəziyyət daha aydındır. Peletondakı bir çox sürücülərin həmən mövsümə müqaviləsi yoxdur. Amma bizim üçün vacibdir ki, Həmiltonun komanda yoldaşı maşının təkmilləşməsində də iştirak edə bilsin. Məhz bu xüsusiyyət Rosberqin güclü tərəfi idi!”

F-1.az Blick qəzetinə istinadən bildirir ki, böyük ehtimalla söhbət Fernando Alonso və Valtteri Bottasdan gedir – hər iki halda Mercedes-in hüquqşünaslarını McLaren və ya Williams-la gərgin münasibətlər gözləyir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 594
Teqlər , , , , , , , , ,
Paylaş

logo