L.Həmilton: “İdeal gün deyildi”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton cümə sərbəst yürüşlərindən narazı qalıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü İnterlaqosdakı cümə sərbəst yürüşlərində 5-ci olub.

Lyuis Həmilton: “Ən yaxşı günlərdən biri deyildi, amma hava şəraiti hamı üçün eynidir. Bu sessiyada çox işlədim. Ferrari-lər güclü və problemsiz idilər. Onsuz da düzlükdə bizi məğlub edirlər.

İlk sessiyada trasa çıxmadım, çünki mənası yox idi. Həftəsonuboyu hava quru olacaq. Buna görə də risk almağa dəyməz. İndi isə bolid üzərində işləmək lazımdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*