23 Mart 2019, Şənbə - 16:45

S.Fettel: “Həmiltonla rəqabət xüsusi deyil”

S.Fettel: “Həmiltonla rəqabət xüsusi deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

16:36 - 18 Mart, 2018

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Həmiltonla olan rəqabətində xüsusi bir şey yoxdur.

F-1.az xatırladır ki, hər iki sürücü keçən il çempionluq uğrunda mübarizə aparsa da, britaniyalı sürücü sonda sevinən tərəf olmuşdu.

Sebastyan Fettel: “Lyuis 4 dəfə Dünya Çempionu olub və F1 üçün vacib pilotlardandır. O, mənim üçün sadəcə bir rəqibidir. Normal həyatda isə münasibətimiz yoxdur. Trasa çıxanda kimlə yarışdığımın fərqi yoxdur. Ən güclü performansımı göstərməyə çalışıram. Amma Alonso və Həmiltona qarşı yarışıb qalib gəlmək qürurvericidir. Nəticədə onların səviyyəsi məlumdur və onları məğlub etmək əla hissdir. Bakıda səhv etdim, lakin səhv etməsəniz, inkişaf da olmaz. Bundan dərs çıxardım və bir də etməyəcəm. Olan oldu. Həyatıma davam edirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 181
Teqlər , ,
Paylaş

logo