L.Həmiltonun ən zəif cəhəti nədir?

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bildirib ki, Lyuis Həmiltonun qeyri-stabilliyi ona çempionluq qazandırıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il son yarışa qədər davam edən çempionluq uğrunda mübarizədə qalib gələrək, ilk və son Dünya Çempionu titulunu qazanmışdı.

Niko Rosberq: “Lyuis saf sürət cəhətdən yüksək səviyyədədir, amma mövsüm ərzində qeyri-stabil çıxışları olur və bu dövrlərdə çox xal itirir. Mən də bundan istifadə etdim. Mənim keçən il etdiklərimi bu il Sebastyan etməyə çalışsa da, yaşadığı problemlər onu çətin vəziyyətə saldı. Hələ 4 yarış var və heç nə bitməyib. Lyuisin böyük üstünlüyü var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*