T.Volff: Həmiltonun geridə qalması vacib deyil

Mercedes Motorsport-un rəhbəri Toto Volff düşünür ki, həmiltonun komanda yoldaşı Rassellə uduzması önəmli hal deyil.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu gənc komanda yoldaşından 35 xal geridə qalıb. Qaradərili sürücü daha əvvəl komanda yoldaşlarından Batton və Rosberqə uduzmuşdu.

Toto Volff: “Bu, o qədər də vacib deyil, çünki çempionluq uğrunda mübarizə aparmadılar. Braziliyadan başqa heç bir yerdə qələbə şansları olmadı. İkinci, üçüncü, dördüncü ya da beşinci olmaq heç bur komanda üçün vacib deyil.

Keçən il daha pis idi, çünki çempionluğumuz əlimizdən alındı. Bu il isə öz səhvlərimizə görə geridə qaldıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*