İspaniya-2020: Sıralanma turu

Barselona trası keçidlərə imkan vermədiyi üçün burada həftəsonunun ən həlledici sessiyası məhz sıralanma turudur. Komandalar məşqlərdə bu gün üçün xüsusi hazırlaşıblar

F-1.az xatırladır ki, dünən baş tutan sərbəst yürüşlərdə səhər Bottas nahardan sonra isə Həmilton hamıdan sürətli olublar. Lyuis bugünkü son məşqlərdə də protokollara başçılıq edib.

Pirelli Barselonaya sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Ötən həftə Silverstoundakı yarışda isti havada təkərlərin sürətlə aşınması komandaları diqqətləri buna yönəltməyə məcbur edib, dünən və bu gün baş tutan məşqlərdə əsas diqqət təkərlərin səmərəliliynə yönəldilib.

Burada keçidlər çətin olduğundan, sıralanma turu həftəsonunun ən vacib sessiyası hesab edilir. Belə ki, Barselona trasında son 20 ildə 15 dəfə məhz pouldan başlayan sürücü qalib gəlib.

İlk Sessiyada hamı Soft təkərlərlə mübarizəyə başlayıb. Kvyat Maqnussenə sürətli dövrəsində mane olub və stüardlar bunu araşdıracaqlar. Həmilton 1:16.872-lik nəticə ilə hamıdan üstün olub. Rəykkönenin bu ilk ilk dəfə ilk 15-liyə düşdüyü sessiyada Covinatsi, Latifi, Rassell, Qrojan və Maqnussen mübarizəni dayandırıblar.

İkinci sessiyada da hər kəs ən yumşaq tərkiblərlə trasa çıxıb. Həmilton bu dəfə də fərqlənib – 1:16.013. Mercedes sürücüləri və Ferstappen ikinci cəhdlərinə çıxmayıblar. Rəykkönen isə Medium təkərə keçərək nəticəsini yaxşılaşdırıb. İlk onluğa düşmək uğrunda gedən gərgin mübarizədən məğlub ayrılanlar Okon, Rəykkönen, Rikkardo,Fettel və Qasli olublar.

Son sessiyada hamı ənənəvi olaraq, Soft təkərlərlə boskları tərk edib. Həmilton ilk cəhdində komanda yoldaşını cüzi fərqlə üstələyib – 1:15.584. Ferstappen isə üçüncü olub. Bottas ikinci cəhdində yaxşı getsə də, son sektorda vaxt itirib nəticəsini yaxşılaşdıra bilməyib.

Beləliklə, Lyuis Həmilton mövsümdə dördüncü, karyerasında isə 92-ci poulunu əldə edib. Sabahkı yarışa onun yanından Valtteri Bottas başlayacaq. İkinci cərgədən Maks Ferstappen və Serxio Peres, üçüncü cərgədən isə Ləns Stroll və Aleksander Elbon start alacaqlar.

Bizi sabah Bakı vaxtı ilə 17:10-da maraqlı yarış gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:16.872 6 1 1:16.013 3 1:15.584 6
2 77 Valteri Bottas Mercedes AMG 4 1:17.243 6 2 1:16.152 3 1:15.643 6
3 33 Maks Ferstappen Red Bull 3 1:17.213 6 3 1:16.518 3 1:16.292 6
4 11 Serxio Peres Racing Point 2 1:17.117 3 7 1:16.936 6 1:16.482 6
5 18 Ləns Stroll Racing Point 6 1:17.316 3 4 1:16.666 6 1:16.589 6
6 23 Aleksander Elbon Red Bull 8 1:17.419 6 9 1:17.163 6 1:17.029 6
7 55 Karlos Sayns McLaren 9 1:17.438 5 6 1:16.876 6 1:17.044 6
8 4 Lando Norris McLaren 11 1:17.577 6 10 1:17.166 6 1:17.084 6
9 16 Şarl Lekler Ferrari 5 1:17.256 6 8 1:16.953 6 1:17.087 6
10 10 Pyer Qasli AlphaTauri 7 1:17.356 6 5 1:16.800 6 1:17.136 6
11 5 Sebastyan Fettel Ferrari 10 1:17.573 6 11 1:17.168 6
12 26 Daniil Kvyat AlphaTauri 13 1:17.676 6 12 1:17.192 6
13 3 Daniel Rikkardo Renault 12 1:17.667 6 13 1:17.198 6
14 7 Kimi Rəykkönen Alfa Romeo 15 1:17.797 6 14 1:17.386 6
15 31 Esteban Okon Renault 14 1:17.765 6 15 1:17.567 6
16 20 Kevin Maqnussen Haas 16 1:17.908 6
17 8 Roman Qrojan Haas 17 1:18.089 6
18 63 Corc Rassell Williams 18 1:18.099 9
19 6 Nikolas Latifi Williams 19 1:18.532 9
20 99 Antonio Covinatsi Alfa Romeo 20 1:18.697 6

 

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*