F.Alonso: Tras xatırladığım kimidir

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, İstanbul Park keçmişdə xatırladığı kimidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü İstanbulda cümə günü yaxşı performans göstərərək, onluğa düşüb.

Fernando Alonso: “Tras xatırladığım kimi idi. Keçən il burada yarışmadığım üçün sevinirəm, çünki tras fərqli olub və zaman nəticələri arasında fərq çoxdur.

Cümə günü təkərlərə fokuslanmışdıq və bəzi şeylərin cavabını axtarırdıq. Bəzi proqnozlara görə şənbə günü yağış yağacaq. Buna görə də hazır olmalıyıq. Lakin əla gün oldu. Hədəfimiz sıralanma turunda son sessiyaya qalmaqdır. Görək bu gün nə edirik’.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*