C.Rassell: Bottas aşkar günahkardır

Williams komandasının sürücüsü Corc Rassell düşünür ki, İmoladakı qəza Bottasa görə olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü rəqibinə hücum edərkən bolidinin idarəetməsini itirib və nəticədə Bottasa çırpılıb. Nəticədə hər iki sürücü də mübarizəni dayandırıb. Lakin Rassel günahı özündə yox, rəqibində görür. Qəzadan sonra Bottasın üstünə gedən gənc sürücü ona yumruq atıb. Bottas isə ona orta barmağını göstərib.

Corc Rassell: “Bunun nə demək olduğunu bilmirəm, çünki açıq-aşkar onun səhvi idi. Onun etdiyindən heç də razı deyiləm. Lakin vəziyyət belədir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*