N.Rosberq: Mübarizə vaxtı dostluq qalmır

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bildirib ki, Lyuis Həmiltonla arasının dəyməsinin səbəbi çempionluq uğrunda mübarizə olub.

F-1.az xatırladır ki, iki sürücü 2013-2016-cı illərdə komanda yoldaşı olmuş və münasibətləri son həddə çatmışdı. Hətta, onlar 2014-cü il Belçikada, 2016-cı il İspaniya və Avstriyada təmas yaşamışdılar.

Niko Rosberq: “Aramız əvvəldən pis deyildi. Hər şey çempionluq uğrunda mübarizə aparanda oldu. Ortada titul varda, arada dostluq qalmır.

Aradakı inciklik hər yarış artırdı. Çempion olmaq istəyirsinizsə, bir yerdə yeyib-içməyə gedə bilməzsiniz. Qalib gəlmək üçün limitlərdə sürməli və boz sahələrdən istifadə etməlisiniz. Xüsusilə iki sürücü güclüdürsə…

Heç nəyə görə peşman deyiləm. Sensasiyalı vaxtlar idi və böyük mübarizə aparırdıq. Bununla qürur duyuram. Hazırda rəsmi münasibətimiz var, amma bu problem deyil. İşin gülməli tərəfi indi də Extreme E-də rəqibik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*