C.Vavls: Ferrari güclənəcək

Merceses komandasının baş strateqi Ceyms Vavls bildirib ki, Ferrari növbəti 2 yarışda yenidən güclənəcək.

F-1.az xatırladır ki, Ferrari son Meksika yarışında Mercedes-dən çox geri qalmış və 5-ci, 6-cı yerləri tutmuşdu. Hazırda iki komanda arasında sadəcə 40 xallıq fərq var.

Ceyms Vavls: “Ferrari Braziliya və Əbu Dabidə mübarizəyə qayıdacaq. İki komanda arasında çox sıx mübarizə var. Onlar son iki yarışda Meksikadakı kimi geridə qalmayacaqlar. Hələ də bizdən güclüdürlər. Meksikada dövrə başına 0.3 saniyə geridə idilər, amma iki yarışda fərq azalacaq.

Mövsümün əvvəlində sıralanma turunda son sessiyaya qalmaq üçün mübarizə aparsaq da, indi qələbə üçün yarışırıq. Çox inkişaf etmişik.

Braziliya da iki sürücümüz də yaxşı performans göstərib və sprint yarışına görə daha çox xal toplaya bilərik. Qələbə üçün şansımız var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*