Rassell: Yalnız altı yarışda problemim olmayıb

Corc Rassell uğursuz keçən mövsümün yekunlarını çıxarmağa davam edib. San Pauluda o bildirib ki, bu il bəxti həddindən artıq çox hallarda gətirməyib…

Corc Rassell: “Mühəndislərimlə birlikdə hər mərhələni təhlil etmişik və belə nəticəyə gəlmişik ki, cəmi altı yarışda ümumiyyətlə heç bir problemimiz olmayıb.

On dörd yarışda əvvəlcə uğursuzluğun üstünə yazdığımız hadisələr baş verib. Amma bu qədər tez-tez təkrarlananda, vəziyyətə daha tənqidi yanaşmalı olursan. Hərçənd bu problemlərlə üzləşən tək mən deyiləm – Kimidə çətinliklərlə qarşılaşıb.

Təəssüf ki, bu insidentlərin əksəriyyəti nəticəyə mənfi təsir göstərib. Mövsümün sonunda özümü tükənmiş hiss edirəm – daim yenidən ayağa qalxmalı olmuşam. Səni yıxırlar, ayağa qalxırsan, sonra yenə səni yıxırlar. Ümid edirdim ki, bu, mövsüm ərzində maksimum bir-iki dəfə baş verər, amma demək olar ki, hər uik-end yox.

Üç həftə ardıcıl evdən uzaqda olanda və birdən Meksikadakı kimi, qələbə və ya podium şansının səndən asılı olmayan səbəblərə görə tamamilə puç olduğu bir şey baş verəndə, bunu yaşamaq həqiqətən çox çətin olur”.