Corc Rassell: “Son pouluma xeyli vaxt keçib, ona görə də hisslər sadəcə əladır. Yəqin ki, bu, karyeram ərzində, Formula 2 və Formula 3 də daxil olmaqla, poul qazanarkən əldə etdiyim ən böyük üstünlükdür.
Dövrəm möhtəşəm alınıb – maşın bütün həftəsonu sürətli olub və belə trasda döngələr çox dəqiq keçə bildikdə, insan möhtəşəm emosiyalar yaşayır.
Özümü inamlı hiss edirəm, amma Maks Ferstappen də bu həftəsonu çox sürətlidir. Sonda onunla nə baş verdiyini bilmirəm, amma ola bilsin, sarı bayraqlara görə öz şansını əldən verib. Onun nəticəsinə baxmaq maraqlı olardı, amma mənim dövrəm ideal alınıb. Mən Ayzek Həcərin arxasına düşüb onun slipstrimindən yararlanmışam. Yəqin ki, bunun hesabına daha bir və ya iki onluq qazanmışam.
Düşünürəm ki, qələbə uğrunda mübarizə aparmaq üçün yaxşı şansımız var, amma bura Bakıdır və burada hər şey ola bilər. Şarl, yəqin ki, ilk döngənin içindən məni ötməyə çalışacaq, amma nə baş verməsindən asılı olmayaraq, əminəm ki, qələbə uğrunda mübarizə apara biləcəyik”.





