C.Rassell: Tunelin sonundakı işığı görürük

Olduqca çətin mövsümü geridə qoyan Corc Rassellin 2022-ci ildən öyrəndiyi çox şey var. Sürücü mövsümboyu həm özünün, həm də maşının inkişafı üçün çox iş görüb.

F-1.az xatırladır ki, bunun nəticəsində gənc sürücü Braziliyada Mercedes-in mövsümdəki yeganə qələbəsini əldə etməklə yanaşı, təcrübəli komanda yoldaşı Lyuis Həmiltonu da ümumi nəticədə üstələyib.

Corc Rassell: “Bu mövsüm baş verən bütün müsbət hadisələri həmişə yaxşı xatırlamalıyıq, çünki komanda ilə birlikdə çox çətin bir yol keçmişik. Təbii ki, Mercedes standartları ilə Mühəndislər Kubokunda üçüncü yer kifayət qədər yüksək olmasa da, artıq tunelin sonunda işıq olduğunu görürük. Qışda mövsümlərarası fasilədə komandada hər kəs maksimum çalışacaq. Ümid edək ki, artıq 2023-cü ildə Bəhreyndə keçiriləcək ilk yarışda biz bütün rəqiblərə meydan oxuyacağıq və bəzilərinin əhval-ruhiyyəsini poza biləcəyik.

Bu komandada olduğum üçün şadam, çünki Lyuis Həmilton kimi bir komanda yoldaşım var. Ondan çox şey öyrənirəm, məni hər şeyin ən yaxşısını etməyə məcbur edir. Ötən mövsüm hələ də özünəməxsus şəkildə gözəl idi – Formula1-ə görə hamımız dünyanı gəzmişik, dünyanın ən yaxşı traslarında ən yaxşı və ən sürətli maşınları idarə etmişik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*