N.Rosberq: “Bottasın işi çətin olacaq”

Sabiq Formula1 sürücüsü Niko Rosberq sələfi Valtteri Bottas barədə fikirlərini bildirib..

F-1.az xatırladır ki, Rosberq Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra qəflətən karyerasının bitirdiyini açıqlamış və Mercedes-i pis vəziyyətdə qoymuşdu. Amma “gümüşü oxlar” uzun müddət davam edən danışıqlardan sonra Valtteri Bottası transfer edə biliblər.

Niko Rosberq: “Komanda üçün əla xəbərdir. Bu cür əla transferi tez bir zamanda həyata keçirtdikləri üçün sevincliyəm. Bu mükəmməl oldu. Valtterinin yaxşı çıxış edəcəyinə və komandaya tez uyğunlaşacağına əminəm”.

Amma Rosberq bildirib ki, Bottası Həmiltona qarşı çətin sınaq gözləyir: “Həmiltonla Bottasın mübarizəsinə televizordan baxacam. Valtterinin Lyuisə qarşı performansını görmək üçün səbirsizlənirəm.

Həmilton bütün dövrlərin ən yaxşı sürücülərindən biridir. Əminəm ki, Valtteri üçün asan olmayacaq. Buna görə də onları izləmək maraqlı olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*