Avstriya-2026: Rassell arıdıcıl ikinci poulunu qazanıb

Şpilberqdə ötmələr mümkün olsa da, start mövqeyi çox böyük əhəmiyyət daşıyır. Statistika da bunu açıq şəkildə göstərir.

Burada indiyədək yalnız ilk iki sıradan start alan pilotlar qalib gəliblər, son 12 Avstriya Qran Prisindən səkkizini isə poulun sahibi qazanıb.

Şpilberqdə sıralanma turunun dəyişməyən problemi tıxacdır. Qısa və dar tras 22 maşını eyni anda rahat qəbul edə bilmir. Sürətli dövrəyə başlamazdan əvvəl pilotlar önlərində kiçik də olsa boşluq yaratmaq üçün rəqiblərini bir qədər uzağa buraxırlar.

Red Bull-un ev trasında bugünə qədər ən çox poul qazanan pilot Maks Ferstappen olub. Komanda liderlik uğrunda mübarizə aparmaq ümidi ilə çoxlu yenilik gətirib, lakin məşqlərdə Mercedes pilotları üstün olublar – cümə günü ən yaxşı nəticəni Kimi Antonelli göstərib, şənbə səhəri isə ən sürətli dövrəni Corc Rassell vurub.

Pirelli mərhələyə “yumşaq” üçlüyü – Hard rolunda C3, Medium rolunda C4 və Soft rolunda C5 tərkiblərini gətirib. Lakin asfaltla ilişmə zəif olub, maşınlar sürüşüb, isti asfalt üzərində təkərlər həddindən artıq qızıb. FIA isti hava ilə bağlı xəbərdarlıq yayıb və pilotlara soyuducu jiletlərdən istifadə etməyə icazə verib. İstəməyənlər isə maşına eyni çəkidə ballast yerləşdiriblər.

Birinci sessiya

Hamı Soft təkərlərlə trasa çıxıb. Əvvəlcə ilk onluğa düşmək şansı olmayan pilotlar sürətli dövrələrini vurublar, daha sonra isə favoritlər trasa çıxıblar. Bu, tıxacdan yayınmağa kömək edib.

İlk cəhddə Antonelli 1:07.083-lük nəticə ilə protokola başçılıq edib. İkinci cəhddən Norris, Həmilton, Ferstappen, Piastri və Lekler imtina ediblər, qalan pilotlar isə mübarizəni davam etdiriblər.

Kimi nəticəsini yaxşılaşdıra bilməyib, lakin heç kim daha də ondan daha yaxşı dövrə vurmayıb. Williams, Cadillac və Aston Martin pilotları mübarizəni erkən başa vurublar.

İlk sessiyada mübarizəni dayandıranlar
S Sürücü Komanda Nəticə Dövrə
17 Karlos Sayns Williams 1:08.252 9
18 Aleks Elbon Williams 1:08.509 9
19 Serxio Peres Cadillac 1:08.945 9
20 Valtteri Bottas Cadillac 1:09.030 9
21 Fernando Alonso Aston Martin 1:09.942 9
22 Ləns Stroll Aston Martin 1:10.363 8

İkinci sessiya

Lekler 1:07.030-luq nəticə göstərərək Həmiltonu 0,009 saniyə qabaqlayıb. Lakin Antonelli daha sürətli olub – 1:06.763. Rassell səhvə yol verib və cəhdini tamamlamayıb.

Bu dəfə də ikinci cəhddə Antonelli nəticəsini yaxşılaşdıra bilməsə də, liderliyini qoruyub. Kolapinto, Okon, Hülkenberq, Berman, Bortoleto və Qasli final sessiyasına yüksələ bilməyiblər.

İkinci sessiyada mübarizəni dayandıranlar
S Sürücü Komanda Nəticə Dövrə
17 Pyer Qasli Alpine 1:07.223 6
18 Qabriel Bortoleto Audi 1:07.293 6
19 Oliver Berman Haas 1:07.523 6
20 Niko Hülkenberq Audi 1:07.611 6
21 Esteban Okon Haas 1:07.817 6
22 Franko Kolapinto Alpine 1:08.171 5

Son sessiya

Ferstappen ilk cəhdində 1:06.475 ilə yeni etalon müəyyənləşdirib, lakin Antonelli 1:06.414 ilə onu geridə qoyub. Həmilton dövrəsini tamamlamayıb və boksa qayıdıb.

Son cəhd üçün hamı yeni təkər dəsti saxlayıb. Həmilton 1:06.408 ilə liderliyə yüksəlib, lakin Lekler ondan 0,06 saniyə sürətli olub – 1:06.349. Daha sonra Rassell dərhal 0.2 saniyə fərq ataraq 1:06.113-lük nəticə göstərib. Bu zaman Ferstappen maşınını qəzaya uğradıb.

Maks 9-cu döngədə trasdan çıxıb, çınqıllıq zonanı keçərək baryerə çırpılıb. Sarı bayraqlar göstərilib, Antonelli sürətini azaldıb, Rassell isə tempini davam etdirib. Stüardlar vəziyyəti operativ araşdırıblar və qayda pozuntusu müəyyən etməyiblər.

İlk onluq
S Sürücü Komanda Nəticə Dövrə
1 Corc Rassell Mercedes 1:06.113 6
2 Şarl Lekler Ferrari 1:06.349 6
3 Lyuis Həmilton Ferrari 1:06.408 5
4 Kimi Antonelli Mercedes 1:06.414 6
5 Maks Ferstappen Red Bull 1:06.475 5
6 Lando Norris McLaren 1:06.502 6
7 Oskar Piastri McLaren 1:06.511 6
8 Ayzek Həcər Red Bull 1:06.632 6
9 Liam Louson Racing Bulls 1:06.955 6
10 Arvid Lindblad Racing Bulls 1:07.007 6

Corc Rassell Şpilberqdə sıralanma turunun qalibi olub. O, mövsümdə dördüncü karyerasında 11-ci poulunu qazanıb.

Sabahkı yarışda Rassellə birlikdə ilk sıradan Şarl Lekler start alacaq. İkinci sırada Lyuis Həmilton və Kimi Antonelli, üçüncü sırada isə Maks Ferstappen və Lando Norris öz yerlərini tutacaqlar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*