Avstriya-2020: Bukmeyker cədvəlləri

Bet365 idarəsinin bukmeykerləri mövsümün gecikmiş ilk yarış həftəsonu üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, bu dəfə əmsallar martda Avstraliya Qran Prisi üçün William-Hill tərəfindən dərc olunanlardan bir qədər fərqlənir. O vaxt Lyuis Həmilton qələbəyə ən yaxın namizəd kimi göstərilirdi, lakin bu müddətdə heç bir hadisə baş verməməsinə baxmayaraq, Maks Ferstappenin şansları onunla eyni qiymətləndirilib. Növbəti yerlər və əmsallarda da dəyişikliklər mövcuddur.

Avstriya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton, Maks Ferstappen 3.00
Şarl Lekler 6.00
Valtteri Bottas 7.00
Sebastyan Fettel 7.50
Aleksander Elbon 26.00
Serxio Peres 51.00

 

Lakin Lyuisin titula ən yaxın namizəd kimi göstərilməsində heç bir dəyişiklik yoxdur – bukmeykerlər onun mövsümün sonunda yeddiqat dünya çempionu olacağına əmindirlər. Onların fikrincə, Lyuisə bunda ən çox Maks mane ola bilər…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.61
Maks Ferstappen 5.50
Şarl Lekler, Valtteri Bottas 9.00
Sebastyan Fettel 17.00
Aleksander Elbon 101.00

 

Mühəndislər Kubokunu Mercedes-in qazanacağı barədə proqnozlara alışmışıq. Son 6 ilin çempionuna ən yaxın rəqib kimi göstərilən Red Bullun şansları isə 4 dəfə az qiymətləndirilir…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.25
Red Bull 5.50
Ferrari 8.00
Racing Point 251.00
McLaren, Renault 501.00
Alfa Romeo, AlphaTauri 1001.00
Haas, Williams 2001.00
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*