Avstraliya-2020: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri mövsümün ilk yarış həftəsonu üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, qış testlərindəki çıxışlar nəzərə alındıqda, kontorun proqnozları gözlənilən idi. Bukmeykerlər təbii olaraq, son 3 ilin çempionu Həmiltonun şanslarını ən yüksək qiymətləndiriblər. Onun komanda yoldaşı Bottasla Red Bull-un sürücüsü Ferstappenin qələbəyə eyni dərəcədə yaxın olacaqlarını düşünürlər. İlk yarış üçün Leklerə Fetteldən daha çox güvənirlər…

Avstraliya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.10
Valtteri Bottas, Maks Ferstappen 4.50
Şarl Lekler 5.50
Sebastyan Fettel 7.00
Aleksander Elbon 51.00

 

Lyuis həm də titulun əsas favoriti hesab olunur. Kontorun əməkdaşlarının fikrincə, onun ən yaxın rəqibi Maks olacaq. Fettelin isə titul uğrunda mübarizədə hətta Bottas və Leklerdən də geri qalacağı proqnozlaşdırılır…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.57
Maks Ferstappen 6.00
Şarl Lekler 6.50
Valtteri Bottas 9.00
Sebastyan Fettel 11.00
Aleksander Elbon 101.00

 

Mühəndislər Kubokunun qalibinin kim olacağı ilə bağlı proqnozlar uzun illərdir dəyişmir və hər zaman özünü doğruldub. Ferrari və Red Bull-un şansları hələ ki, eyni qiymətləndirilib…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.28
Ferrari, Red Bull 5.50
McLaren, Renault 251.00
Racing Point 301.00
Alfa Romeo, AlphaTauri 501.00
Haas, Williams 1001.00
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*